Əsas Səhifə > İdman > Azərbaycan və Belarus komandalarının start heyətləri açıqlanıb - YENİLƏNİR
Azərbaycan və Belarus komandalarının start heyətləri açıqlanıb - YENİLƏNİR6-06-2022, 19:03 |
|
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar: Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 13 A. Hüseynov 14 Eddy 15 B. Hüseynov 18 J. Huseynov 20 Richard Almeida Belarus: 12 Pavlyuchenko (GK) 2 Pechenin 3 Bacharou 4 Khadarkevich 5 Malkevich 6 Politevich 8 Shauchenka 9 Ebong 10 Bakhar 14C Yablonsk. 21. Klimoviç Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. 10:54 Bu gün UEFA Millətlər Liqasında IV turun görüşləri keçiriləcək. A Liqasının birinci qrupunda Danimarka (6 xal) millisi evində Avstriyanı (4 xal) qonaq edəcək. Digər oyunda isə Xorvatiya (4 xal) səfərdə fransızların (2 xal) qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. B Liqasının 2-ci qrupunda da bu gün mübarizə davam etdiriləcək. Saat 22:45-də başlayacaq oyunda İslandiya evində İsraili qəbul edəcək. Qrupun digər oyunu isə baş tutmayacaq. Buna səbəb Rusiyanın yarışlardan kənarlaşdırılmasıdır. Belə olan halda isə baş tutmalı olan Rusiya-Albaniya qarşılaşması ləğv edilib. C Liqasının üçüncü qrupunda qrup lideri Qazaxıstan (7 xal) evində ikinci yerdə qərarlaşan Slovakiyanı (6 xal) qəbul edəcək. Qrupun autsayderləri Belarus (2 xal) və Azərbaycan (1 xal) milliləri münasibətlərə Bakıda aydınlıq gətirəcəklər. Qazaxıstan-Slovakiya matçı saat 18:00-da, millimizin qarşılaşması isə 20:00-da start götürəcək. Geri qayıt |