Əsas Səhifə > RubrikaTV Video > Zelenskidən yəhudilərə çağırış - “Bunlar olmasa, müharibə uzanacaq”/Video

Zelenskidən yəhudilərə çağırış - “Bunlar olmasa, müharibə uzanacaq”/Video


14-06-2022, 00:06
Zelenskidən yəhudilərə çağırış - “Bunlar olmasa, müharibə uzanacaq”/Video

Ukraynanın güclü hücum silahlarına ehtiyacı var, bunlarsız müharibə sadəcə uzanacaq və bu da öz növbəsində itkilərin sayını artıracaq.

Rubrika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Amerika Yəhudiləri Komitəsinin forumunun iştirakçıları qarşısında çıxışı zamanı deyib .

O, Rusiyanın bəşəriyyətə qarşı nifrətini dayandırmaq üçün səyləri ikiqat artırmağa çağırıb.

“Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi zərurətini müdafiə edin. Bu, sizin səlahiyyətinizdədir. Ukraynaya silah tədarükünü sürətləndirməyə kömək edin ki, işğal olunmuş əraziləri azad edək. Bizə güclü hücum silahları lazımdır, bunlarsız müharibə uzanacaq”, - Zelenski qeyd edib.

Forum iştirakçılarına müraciət edən dövlət başçısı onları Ukraynaya daha əsaslı yardımı artırmaq üçün öz təsir imkanlarından daha da çox istifadə etməyə çağırıb.(Teleqraf.com)



Rubrika.az
Geri qayıt