Əsas Səhifə > Dünya > Ağ Ev: Bayden növbəti seçkilərdə prezidentliyə namizəd olacaq
Ağ Ev: Bayden növbəti seçkilərdə prezidentliyə namizəd olacaq14-06-2022, 08:24 |
|
Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib. "Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", - Ağ Ev rəsmisi deyib. “Aydın olmaq üçün, Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb. Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Rubrika.Az Geri qayıt |