Əsas Səhifə > Cəmiyyət > Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...

Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...


14-06-2022, 14:30
Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...

Sabahın hava proqnozu açıqlanıb. RUBRİKA.AZ ETSN-ə istinadən proqnozu təqdim edir:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

Rubrika.Az
Geri qayıt