Əsas Səhifə > Cəmiyyət > Bakıda çoxmərtəbəli yaşayış binası yanır
Bakıda çoxmərtəbəli yaşayış binası yanır17-06-2022, 10:25 |
|
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, yanğın Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Rubrika.az Geri qayıt |