Əsas Səhifə > Dünya > Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – FOTO
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – FOTO21-06-2022, 10:34 |
|
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 34 100-ə yaxın canlı qüvvəsini itirib. Bundan başqa, Rusiya tərəfinin 1 496 ədəd tankı, 3 606 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd reaktiv yaylım atəş sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 181 ədəd helikopteri, 2 537 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 611 ədəd dronu, 137 qanadlı raket və 59 ədəd xüsusi texnikası məhv edilib. Rubrika.az Geri qayıt |