Əsas Səhifə > Aktual > GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ – İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub
GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ – İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub23-06-2022, 17:16 |
![]() Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanovu döyən şəxsə vəzifə verilib. Rubrika.Az xəbər verir ki, Hurriyyet.az-a bu barədə etibarlı qaynaqlardan məlumat verilib. Xatırladaq ki, A.Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilmişdi. Mənbə deyir ki, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin ediblər. Məlumata əsasən, icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub. Mövzu ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Rubrika.Az Geri qayıt |