Əsas Səhifə > Cəmiyyət > "Azərsun Holdinq"ə yanğın zamanı dəymiş ziyanı ödəyəcək şirkətin adı açıqlanıb

"Azərsun Holdinq"ə yanğın zamanı dəymiş ziyanı ödəyəcək şirkətin adı açıqlanıb


27-06-2022, 11:16
"Azərsun Holdinq"ə yanğın zamanı dəymiş ziyanı ödəyəcək şirkətin adı açıqlanıb

"Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın "Hellman&Friedman" təkrarsığorta şirkəti ödəyəcək.

Bunu "Report"a Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan yanğına görə sığorta ödənişi üçün müraciət etdiklərini bildirib:

“Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”.

Rubrika.Az
Geri qayıt