Əsas Səhifə > İstisadiyyat > “Bloomberg”: Rusiyada son bir əsrdə ilk defolt elan edib

“Bloomberg”: Rusiyada son bir əsrdə ilk defolt elan edib


27-06-2022, 08:54
“Bloomberg”: Rusiyada son bir əsrdə ilk defolt elan edib

Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.

Bu barədə “Bloomberg" xəbər verir.

Məlumata görə, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.

Nəşr vurğulayır ki, bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.

Rubrika.az
Geri qayıt