Əsas Səhifə > İdman > Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb28-06-2022, 22:49 |
|
Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib. A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb. Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək. Kiçik ölkələrin Avropa çempionatı A qrupu, I tur 20:30. Azərbaycan - Malta - 71:73 Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.(report) Rubrika.Az Geri qayıt |