Əsas Səhifə > Manşet > BŞTİ-nin müdir müavini Xəyalə xanım Əhmədzadəyə atılan böhtanlar — Yalan ayaq tutar, yeriməz “Klaviatura qəhrəmanlarının” qırxını gözləmədim!
BŞTİ-nin müdir müavini Xəyalə xanım Əhmədzadəyə atılan böhtanlar — Yalan ayaq tutar, yeriməz “Klaviatura qəhrəmanlarının” qırxını gözləmədim!30-06-2022, 09:18 |
|
Bütün fəaliyyətim dövründə təhsil sahəsi mənim üçün prioritet olaraq qalıb. Hər zaman bu sahədə olan nöqsanları işıqlandırmışam, müsbət amilləri təqdir etmişəm. Bəlkə də bu çoxlarından fərqli olaraq Bakı şəhərinin tanınmış məktəb, liseylərində 6 ildən çox keçirdiyim pedoqoji fəaliyyətimlə bağlıdır. Hər şeydən öncə bir valideyn olaraq təhsil sistemi məni maraqlandırıb, övladlarımın gələcəyinin millətin gələcəyi ilə sıx bağlı olduğunu düşünmüşəm.
Bir daha bildirirəm ki, təhsil sistemində həllini gözləyən kifayət qədər problemlər, bu problemləri yaradaraq onların çözülməsinə mane olan çoxlu sayda odiaz məmurlar da var. Təhsilin inkişafının qarşısında kötük kimi duran belələri sıradan çıxarılmayınca hər hansı uğura imza atılması mümkünsüzdür. Elə son yazımda da bu barədə öz fikirlərimi bildirmişəm. Amma təhsil sektorunda fəaliyyəti təqdir olunası, nümunə sayılası məmurlar da az deyil. Öz işini gözə soxmadan, reklam etmədən dövlətə, xalqa sədaqətlə xidmət edən belələri mükafatını kimlərdənsə gözləmir, çünki bu onlar üçün bir şərəf məsələsi, həyat fəlsəfəsidir. Amma neyləyəsən ki, çox zaman qurunun oduna yaş da yanır. Bəzi “əhli qələmlər” ağına-bozuna baxmayaraq kimi gəldi qaralayır, öz təxəyyüllərinin məhsulunu oxucuya həqiqət deyə yedirtmək istəyirlər. Bir neçə xəbər saytında BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə haqqında heç bir əsası olmayan, sırf böhtan xarakterli yazılarla qarşılaşdım. Son zamanlar özünü təhsil fədaisi kimi təqdim etməyə çalışan bir “Facebook qəhrəmanının” statusundan ilhamlanaraq xəyalından keçənləri Xəyalə xanımın ünvanına səsləndirən “həmkarlarımın” halına acıdım. Niyə bir media mənsubu bu qədər dayaz düşüncə sahibi olmalıdır ki, heç bir araşdırma aparmadan, haqqında bəhs etdiyi şəxsi tanımadan barəsində bu qədər yalan, böhtan fikirlər səsləndirsin. Tam səmimiyətimlə bildirirəm ki, Xəyalə xanım təhsil sistemində öz yerində olan, ona göstərilən etimadı doğruldan məmurlardan biridir. Paytaxtın təhsil sektorunun yenilənməsi, məmur-vətəndaş münasibətlərinin üst səviyyədə təmin olunması üçün Xəyalə xanım az müddətdə böyük işlər görüb. Bütün bunları tam məsuliyyətimlə və gördüklərimin təsdiqi olaraq söyləyirəm. Xəyalə xanım təhsildə “kötükləşən”, bütün vasitələrlə bu sahənin inkişafına mane olan, fəaliyyəti ilə bütün sistemə ləkə vuran odioz məmurların stereotiplərini dağıdıb. Yüksək mədəniyyəti, əxlaqi keyfiyyətləri ilə seçilən Xəyalə xanım hər zaman vətəndaşların probleminin həllinə yardımçı olur. Başqalarının həll etmək üçün min-bir vasitəyə əl atdığı problemlər Xəyalə xanım tərəfindən anında həll edilir. Bunu onun qəbulunda olarkən müşahidə etmiş, orada olan insanların bəzən şaşıracaq qədər məmnun olmasından hiss etmişəm. Araşdırmalarımız onu deyir ki, Xəyalə xanım bütün fəaliyyəti dövründə o tutduğu vəzifəyə alnının açığı, üzünün ağı ilə gəlib. Müəllim olanda da, məktəb direktoru olanda da, bu günkü məqamında da Xəyalə xanımın məramı təhsilimizə yüksək səviyyədə xidmətdir. Bəzən pisləri pisləməliykən məcburən yaxşıları onların şərindən qorumaq məcburiyyətində qalırsan. Xəyalə xanım haqqında yazılan böhtanları oxuyanda bu sətirləri yazmaq qərarına gəldim. Yalanın ömrünün 40 gündən çox olmadığın bilsəm də istəmədim ki, “klaviatura qəhrəmanlarının” qırxı çıxana qədər gözləyim. Yaxşıların qiymətini zaman verir. Bu mənada Xəyalə xanımın qiymətini tarix verəcək. Yalançıların da haqqını verəcəyi kimi… Nicat Mahmudov Rubrika.Az Geri qayıt |