Əsas Səhifə > Dünya > Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb
Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb30-06-2022, 13:26 |
|
"Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”. Bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının "hörmətli üzvü”dür". O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb. Rubrika.Az Geri qayıt |