Əsas Səhifə > Cəmiyyət > Üç azyaşlının döyülməsi ilə bağlı cinayət işi başlandı - DİN
Üç azyaşlının döyülməsi ilə bağlı cinayət işi başlandı - DİN30-06-2022, 18:43 |
|
Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb. RUBRİKA.AZ xəbər verir ki, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb. Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Onun sözlərinə görə, istintaq hərəkətləri davam etdirilir. "İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır", -deyə E.Hacıyev bildirib. RUBRİKA.AZ Geri qayıt |