Əsas Səhifə > Qanun > Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Siyhı
Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Siyhı1-07-2022, 16:47 |
|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. General-mayor rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir. O, bu vəzifəyə 2020-ci ilin noyabr ayında təyin olunub. C.Daanov həmin təyinatadək Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində çalışıb. Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, bundan öncə Suraxanı rayonunun polis rəisi olub General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. O, bu vəzifəyə 2020-ci ilin iyun ayında təyinat alıb. Həmin təyinatadək V.Ələkbərov BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. Prezident tərəfindən ali xüsusi rütbəyə layiq görülən digər polis zabiti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Sərdar Süleyman oğlu Səfərovdur. S.Səfərov bu vəzifəyədək BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi olub. RUBRİKA.AZ Geri qayıt |