Əsas Səhifə > Manşet > 2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!


2-07-2022, 12:00
2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

“Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin.”

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

Ulu Öndərin illər öncə Azərbaycan polisinin ünvanına söylədiyi sözlər bu çətin peşə sahiblərinin nə qədər şərəfli, məsuliyyətli bir yükün daşıyıcıları olduqlarını göstərir. Müstəqlillik illərində Azərbaycan polisi xalqa xidmətin, dövlətə sədaqətin şanlı səhifələrini öz qüsursuz fəaliyyəti, yeri gəldikdə qanı-canı bahasına yazıb. Dövlətimizə qarşı uzanan xain əllərin məkrli planları pozulanda da, çevriliş cəhdlərinin qarşısını alanda da, ölkəni xaosa, uçuruma yuvarlatmaq istəyənləri məhv edəndə də, gözəgörünməz düşmən-Koronovirusa qarşı mübarizədə də, 44 günlük Vətən müharibəsinin qanlı savaşlarında da Azərbaycan polisi ön sırada idi.
 Ömrünü xalqa, dövlətə qurban verməyə hazır olan minlərlə qəhrəmanın təmənnasız sevgisi dövlətimizin ən böyük gücü və qüdrətidir. Müzəffər Ali Baş Komandanın qətiyyəti, güclü siyasi-diplomatik məharəti Azərbaycanımızı XXI əsrin qalib xalqı etdi. Düşmənin belini qıran “Dəmir yumruğun” endirilməsində Azərbaycan polisinin rəşadəti, misilsiz qəhrəmanlığı danılmazdır. Bu gün də işğaldan azad olunan yurd yerlərimizdə xidmət aparan polislərimiz hər cür alqışa layiqdir. 

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

2 iyul ölkəmizdə Polis günü kimi qeyd olunur. Asayişimizin keşiyində dayanan, qanunların aliliyini qoruyan polis əməkdaşlarının dövlətimizin baqi olmasında, qüdrətlənməsində misilsiz xidmətləri danılmazdır. Xüsusilə son illərdə-cənab nazir Vilayət Eyvazov tərəfindən sistemdə aparılan inqilabi islahatlardan sonra  Azərbaycan polisi bu gün qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. 
Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanları ölkəmizdə sabitliyin, insan və vətəndaş azadlıqlarının təmin olunmasında misilsiz xidmətlər göstərirlər. V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətiə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi,cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər.

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

Daxili İşlər nazirinin müavini Seyfulla Əzimovun,Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin polisin qüsursuz fəaliyyətində, cinayətkarlığa qarşı amansız mübarizənin təmin olunmasında gördükləri böyük işlər nəticəsində bu gün ölkəmizdə sabitlik təmin olunub, kriminogen vəziyyət tam nəzarət altındadır. 

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

Dövlət başçısı hər zaman qəhrəman polislərimizin fəaliyyətini yüksək qiymətləndirib, onların dövlət qarşısında xidmətlərini layiqincə dəyərləndirib. Polis günü ərəfəsində  Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalaması bu diqqətin növbəti təzahürüdür. Polis orqanlarında uzun illər şərəflə xidmət edən, xalqa və dövlətə sədaqəti öz fəaliyyətləri ilə sübut edən 4 polis zabitinə general rütbəsi verilib. 
2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

DİN-in Polis Akademiyasının rəisi Canpolad Daanov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini  Sərdar Səfərov general rütbəsi alıblar. 
General rütbəsi alanlardan biri də  DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi Namiq  Həsənovdur. Namiq müəllim polis sistemində fəaliyyət göstərdiyi müddətdə hər zaman qanunların aliliyinin təmin olunması, cinayətkarlığa qarşı amansız mübarizə aparılması üçün əlindən gələni edib. Hansı vəzifədə olmasından asılı olmayaraq həmişə xalqa və dövlətə sədaqət onun fəaliyyətinin əsas meyarı olub. 
Rubrika.az saytı olaraq general rütbəsi alan zabitləri bu yüksək etimad münasibətilə ürəkdən təbrik edirik, xidmətlkərində daha böyük uğurlar arzulayırıq. 

2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

İlin bütün günlərində onların əməyi danılmaz olsa da bu gün rəsmən onların bayramıdır. Ölkəmiz öz sabitliyi, dinamik inkişafı ilə dünyada örnək dövlətlərdəndir. Bütün bunların təmin olunmasında isə polislərimizin şücaəti, qəhrəmanlığı, vətənə, dövlətə sədaqəti əsas amildir. Rubrika.az saytının kollektivi olaraq başda cənab general Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. Hər zaman vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!


2 İYUL AZƏRBAYCANDA POLİS GÜNÜDÜR - Hər zaman Vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək!

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt