Əsas Səhifə > Cəmiyyət > 35 yaşlı qadın ATU-nun klinikasında intihar etdi

35 yaşlı qadın ATU-nun klinikasında intihar etdi


4-07-2022, 09:23
35 yaşlı qadın ATU-nun klinikasında intihar etdi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, 35 yaşlı Aysel Xəlilova ötən gün özünü klinikanın 10-cu mərtəbəsində eyvandan atıb.

Nəticədə o, klinikanın 4-cü mərtəbəsinə düşüb və vəfat edib.

Məlumata görə, qadın orada müalicə alırmış. Bir müddət əvvəl onun atası dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt