Əsas Səhifə > Cəmiyyət > Xudat Avtovağzalında qarpız biznesi - AÇIQLAMA

Xudat Avtovağzalında qarpız biznesi - AÇIQLAMA


4-07-2022, 14:43
Xudat Avtovağzalında qarpız biznesi - AÇIQLAMA

Son illər müəyyən səbəblər üzündən sərnişindaşımada müəyyən passivlik yaşanır. Amma bəzi diribaş qurum rəhbərləri “fürsəti fötə vermirlər”. Boş dayanmamaq üçün müxtəlif “kreativ” metodlara əl atırlar.

Məsələn, Xudat Avtovağzalının rəhbərliyi kimi. Boş dayanmaları əlavə gəlir mənbələri hesabına doldurmaq istəyən Avtovağzal rəhbərliyi giriş qapısında çadır qurdurub qarpız satdırır.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. DİA.AZ-ın məlumatına görə, qurumun sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya bildirdi ki, “məsələdən xəbərsizik. Araşdırıb Sizə əlavə məlumat verəcəyik”.

RUBRİKA.AZ
Geri qayıt