Əsas Səhifə > Dünya > KİV: Boris Conson istefa verib - Yenilənib

KİV: Boris Conson istefa verib - Yenilənib


7-07-2022, 15:00
KİV: Boris Conson istefa verib - Yenilənib

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.

Bu barədə "Sky News" məlumat yayıb.

BBC-nin məlumatına görə, Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək. Eyni zamanda, o, payıza qədər baş nazir vəzifəsində qalacaq.

Mühafizəkarlar Partiyasının liderlik yarışı bu yay keçiriləcək və partiyanın oktyabrda keçiriləcək konfransından əvvəl yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, Conson 24 iyul 2019-cu ildən Böyük Britaniyanın 77-ci baş naziridir.(unikal)

***

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

Bu barədə BBC məlumat yayıb.

O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.

RUBRİKA.AZ
Geri qayıt