Əsas Səhifə > Cəmiyyət > Sabahdan Azərbaycanda dörd günlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda dörd günlük bayram tətili başlayır


8-07-2022, 10:16
Sabahdan Azərbaycanda dörd günlük bayram tətili başlayır

Sabahdan Qurban bayramı ilə əlaqədar ardıcıl dörd gün iş olmayacaq.

Rubrika.Az-ın xəbərinə görə, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Həmin tarixlər şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar ardıcıl dörd gün (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.
Növbəti iş günü iyulun 13-dədir.

RUBRİKA.AZ
Geri qayıt