Əsas Səhifə > Bölgə > Baş Prokurorluq Bərdədə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb
Baş Prokurorluq Bərdədə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb11-07-2022, 11:51 |
|
"Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub. Rubrika.Az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda deyilir: "Bəzi media və sosial şəbəkə səhifələrində "Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat dərc edilib. Həmin məlumat tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib. Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib. Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır". Rubrika.Az Geri qayıt |