Əsas Səhifə > Dünya > BMT: "Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq"
BMT: "Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq"11-07-2022, 17:08 |
|
Bu ilin noyabr ayına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq. Bu barədə BMT-nin hesabatında deyilir. Təşkilatın məlumatına görə, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım tempi aşağı düşüb. Belə ki, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq. Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.(report) Rubrika.az Geri qayıt |