Əsas Səhifə > Cəmiyyət > F1-in keçmiş rəhbəri Ekklstoun fırıldaqçılıqda ittiham olunur

F1-in keçmiş rəhbəri Ekklstoun fırıldaqçılıqda ittiham olunur


11-07-2022, 22:20
F1-in keçmiş rəhbəri Ekklstoun fırıldaqçılıqda ittiham olunur

Böyük Britaniya Krallığının Prokurorluq xidməti “Formula 1”in keçmiş rəhbəri Berni Ekklstouna qarşı dələduzluq ittihamı irəli sürüb.

Bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd olunub ki, 91 yaşlı Ekklstoun 400 milyon funt-sterlinq (472 milyon avro - Red) gəlirini gizlətməkdə ittiham olunur. Bununla bağlı Böyük Britaniyanın Gəlirlər və Gömrük İdarəsi araşdırma aparıb. İş üzrə ilk məhkəmə iclası avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, Berni Ekklstoun 2017-ci ildə "Formula 1"dən ayrılıb.

Rubrika.az


Geri qayıt