Əsas Səhifə > Dünya > Demokratların tərəfdarları Baydenin ikinci dəfə Prezident olmasını istəmirlər
Demokratların tərəfdarları Baydenin ikinci dəfə Prezident olmasını istəmirlər13-07-2022, 09:13 |
|
ABŞ-ın Demokratik Partiyasının tərəfdarlarının əksəriyyəti hazırkı Prezidenti Cozef Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəmir. Rubrika.az xəbər verir ki, bunu New York Times/Siena Kollecinin keçirdiyi sorğu sübut edir. Araşdırmalar göstərib ki, respondentlərin 26%-i Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəyir, lakin 64%-i başqa namizəd görmək istəyir. Respondentlərin yeni namizədə səs verməsinin əsas səbəbləri hazırkı prezidentin yaşı və fəaliyyətidir. Qeyd edək ki, sorğu və analitik şirkəti olan “Civiqs” tərəfindən aparılan sorğuya görə, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 29 faizi Co Baydenin idarə etmə tərzini bəyənir, 58 faizi bəyənmir, 13 faizi isə cavab verməkdə çətinlik çəkir. Rubrika.az Geri qayıt |