Əsas Səhifə > Dünya > Ukraynada raketlə dağıdılmış evdə ölənlərin sayı 24-ə çatdı

Ukraynada raketlə dağıdılmış evdə ölənlərin sayı 24-ə çatdı


12-07-2022, 16:14
Ukraynada raketlə dağıdılmış evdə ölənlərin sayı 24-ə çatdı

Ukraynanın Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatları zamanı daha iki nəfərin meyiti tapılıb. Bununla da ölənlərin ümumi sayı 24-ə çatıb.

Bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Xilasedicilər bildiriblər ki, dağıntılar altında daha beş nəfərin meyiti müşahidə edilir.
Doqquz nəfər isə xilas edilib.
Qeyd edək ki, iyulun 10-da Rusiya ordusu Çasovoy Yar şəhərinə raket zərbələri endirib. Nəticədə beşmərtəbəli binada 20 nəfər həlak olub, daha 20 nəfərin dağıntılar altda qalması ehtimal olunurdu.


RUBRİKA.AZ

Geri qayıt