Əsas Səhifə > Din > Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq - AÇIQLAMA
Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq - AÇIQLAMA15-07-2022, 11:55 |
![]() Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq. Rubrika.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür: “Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq”. RUBRİKA.AZ Geri qayıt |