Əsas Səhifə > Dünya > Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib"
Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib"18-07-2022, 10:48 |
|
"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 450 hərbçisi məhv edilib”. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 687 tank, 3 886 zirehli döyüş maşını, 849 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 690 PUA, 166 qanadlı raket, 15 gəmi, 2 753 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir. Bildirilib ki, Rusiya ən böyük itkiləri Kramatorsk şəhəri istiqamətində verib. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib. RUBRİKA.AZ Geri qayıt |