Əsas Səhifə > Dünya > Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri işdən çıxarılıb?

Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri işdən çıxarılıb?


20-07-2022, 12:07
Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri işdən çıxarılıb?

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova işdən azad edilməyiblər, istintaq müddətində vəzifələrindən kənarlaşdırılıblar.

Bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Andrey Smirnov bəyan edib. “Söhbət baş prokurorun vəzifəsindən kənarlaşdırılmasından, təhlükəsizlik xidmətinin rəhbərinin isə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmasından gedir”, - Smirnov bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski yoxlamalardan sonra Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova ilə bağlı qərar verəcək.(AzVision.az)

RUBRİKA.AZ
Geri qayıt