Əsas Səhifə > Cəmiyyət > Havanın temperaturu aşağı enəcək, yağış yağacaq
Havanın temperaturu aşağı enəcək, yağış yağacaq20-07-2022, 12:16 |
|
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək. RUBRİKA.AZ Geri qayıt |