Əsas Səhifə > Cəmiyyət > TƏCİLİ! Dörd generala xüsusi tapşırıq verildi - biri Rüstəm Muradovdur
TƏCİLİ! Dörd generala xüsusi tapşırıq verildi - biri Rüstəm Muradovdur21-07-2022, 16:25 |
|
Hazırda Ukraynadakı hərbi əməliyyatlara dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə görmüş, real döyüşlərdə iştirak etmiş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildı. Rubrika.az Publika.az-a istinadən xəbər verir ki, bu fikri qalmaqallı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib. “Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam. Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq isə Suriya əməliyyatlarına başçılıq edib, Rusiya Qəhrəmanıdır. General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır. Və nəhayət, Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəblı general. Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, - deyə Solovyov qeyd edib. Rubrika.az Geri qayıt |