Əsas Səhifə > Cəmiyyət > Tərtərdə silahlı insident olub

Tərtərdə silahlı insident olub


26-07-2022, 10:34
Tərtərdə silahlı insident olub

Tərtərdə silahlı insident yaşanıb.

Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Bu zaman R.Ağayev ov tüfəngilə N.Hüseynova tərəf atəş açıb. Nəticədə güllə N.Hüseynovun “VAZ-2106” markalı avtomobilinə dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Rubrika.Az
Geri qayıt