Əsas Səhifə > Aktual > Müdafiə Nazirliyi zabitlərin minaya düşməsini niyə təkzib etdi? - Bu quruma qarşı etimadsızlıq yaratmırmı?

Müdafiə Nazirliyi zabitlərin minaya düşməsini niyə təkzib etdi? - Bu quruma qarşı etimadsızlıq yaratmırmı?


27-07-2022, 15:31
Müdafiə Nazirliyi zabitlərin minaya düşməsini niyə təkzib etdi? - Bu quruma qarşı etimadsızlıq yaratmırmı?

Bu tipli gərəksiz təkziblər Müdafiə Nazirliyinin daha vacib məsələlərlə bağlı yaydığı açıqlamalara etimadsızlıq yaratmırmı?..

Hərbi-ekspert: “Müdafiə Nazirliyinin hərbiçilərin minaya düşməsi xəbərini təkzib etməsi mürəkkəb məsələdir. Çünki bəzən natamam məlumatlar gəlir”.

“Müharibə şəraitinin öz qanunları var və bu qanunlara uyğun davranılmalıdır. Amma yeri gələrsə təkzibi təsdiq etmək də lazımdır”.

Bu sözləri hərbi-ekspert Azad İsazadə dünən Kəlbəcərdə bir neçə yüksək rütbəli zabitimizin minaya düşməsini Müdafiə Nazirliyinin təkzib etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən sosial şəbəkələrdə Kəlbəcərdə bir neçə yüksək rütbəli zabitimizin yaralanması ilə bağlı məlumat yayıldı və elə axşam saatlarında da bu məlumat Müdafiə Nazirliyi tərəfindən təkzib edildi. Bu gün səhər isə məlumat öz təsdiqini tapıb və Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun yaxınları bildirdilər ki, minaya düşən zabitimizin ayağı amputasiya olunub.

Müdafiə Nazirliyinin bu tip təkziblərini necə dəyərləndirmək olar? Bu tipli gərəksiz təkziblər Müdafiə Nazirliyinin daha vacib məsələlərlə bağlı yaydığı açıqlamalara etimadsızlıq yaratmırmı?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Yaxşı olardı ki, Nazirliyin mətbuat xidməti təkzib etdiyi bu xəbəri təsdiq etsin. Çünki bəzən səhvlərimizi boynumuza almaq nüfuzumuza müsbət təsir edir”.

Minaya düşən əsgər və zabit xəbərləri ilə hələ rastlaşacağımızı təəssüflə bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, indi minaya düşən əsgərlərimizin hansı səbəbdən minaya düşmələri barədə istintaq da aparılacaq:

“Müdafiə Nazirliyinin hərbiçilərin minaya düşməsi xəbərini təkzib etməsi mürəkkəb məsələdir. Çünki bəzən natamam məlumatlar gəlir. Buna görə də xəbər təkzib edilir, dəqiqləşdirilir.

Mən birinci Qarabağ müharibəsində mətbuat xidmətində qulluq etmişəm. Mənim başıma da belə işlər gəlib. Yəni biz də hansısa məlumatı yaymışıq, amma sonra təkzib olunub. Və yaxud da əksinə, biz hansısa xəbəri təkzib etmişik, sonradan o xəbər öz təsdiqini tapıb. Biz əməkdaşlarla birlikdə çalışırdıq ki, belə məlumatları ümumiyyətlə verməyək. Amma onda da üstümüzə düşürdülər ki, məlumatı gizlədirlər və cəmiyyətə ötürmürlər. Bəzən isə məlumatı verirdik, sonra məlumat yoxlanılanda aydın olurdu ki, düz məlumat deyil.
Onu da qeyd edim ki, təkzib etmək nüfuzdan düşmək elementi deyil. Çünki müharibə şəraitinin öz qanunları var və bu qanunlara uyğun davranılmalıdır. Amma yeri gələrsə təkzibi təsdiq etmək də lazımdır. Bununla sadəcə olaraq hansısa qurum etdiyi səhvi boynuna alır. İndi də Müdafiə Nazirliyi xəbəri təkzib edərkən hansısa səbəbləri göz önündətutub. Ola bilsin ki, daha dəqiq məlumatlar toplayırlar. Yaxşı olardı ki, Nazirliyin mətbuat xidməti təkzib etdiyi bu xəbəri təsdiq etsin. Çünki bəzən səhvlərimizi boynumuza almaq nüfuzumuza müsbət təsir edir.

Təəssüf ki, minaya düşən əsgər xəbərləri ilə hələ rastlaşacağıq. Yəqin ki, indi minaya düşən əsgərlərimizin hansı səbəbdən minaya düşmələri barədə istintaq da aparılacaq. Bu minaların müharibədən sonra qalanlar, ya da təzədən qurulanlar olmasına aydınlıq gətirmək lazımdır. Çüni ola bilsin erməni diversant qrupları Kəlbəcərə girib yeni minalar basdırsınlar”.

Rubrika.az
Geri qayıt