Əsas Səhifə > İstisadiyyat > Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirdi - Foto, Yenilənib
Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirdi - Foto, Yenilənib1-08-2022, 16:47 |
|
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb. Bu barədə nazir “Facebook” səhifəsində məlumat verib. “Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib. *** İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb. Bu barədə nazir “Facebook” səhifəsində məlumat verib. “Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq”, - deyə o qeyd edib. RUBRIKA.AZ Geri qayıt |