Əsas Səhifə > Dünya > ABŞ Rusiyaya çağırış edib
ABŞ Rusiyaya çağırış edib3-08-2022, 10:23 |
|
Vaşinqton Moskvanı məhbusların mübadiləsi təklifini qəbul etməyə çağırıb. Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi brifinq zamanı bildirib.
"Biz ciddi təklif vermişik və Rusiyanı bunu qəbul etməyə çağırırıq", - deyə C.Kirbi bildirib. Xatırladaq ki, ötən həftə ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Britni Qriner və Pol Uilanı azad etmək üçün Moskvaya "əhəmiyyətli təklif" təqdim etdiyini açıqlayıb. İyulun 29-da o, Rusiya xarici işlər naziri Sergey Lavrovla da telefonla saxlanılan ABŞ vətəndaşlarının taleyini müzakirə edib. Rubrika.Az Geri qayıt |