Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 495 nəfər COVID-19-a yoluxdu, üç nəfər vəfat etdi - FOTO
Azərbaycanda daha 495 nəfər COVID-19-a yoluxdu, üç nəfər vəfat etdi - FOTO4-08-2022, 16:20 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 800 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 2 884 nəfərdir. Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb. Rubrika.az Geri qayıt |