Əsas Səhifə > Dünya > Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkilərini açıqlayıb
Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkilərini açıqlayıb5-08-2022, 11:56 |
|
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisi məhv edilib”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir. Məlumata görə, rəqib ən çox Donetsk istiqamətində itki verib. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib. Rubrika.Az Geri qayıt |