Əsas Səhifə > Manşet > MƏNİM POLİSİM MƏNİ QORUYUR - VİLAYƏT EYVAZOV CƏNABINA MİNNƏTDARLIQ MƏKTUBU
MƏNİM POLİSİM MƏNİ QORUYUR - VİLAYƏT EYVAZOV CƏNABINA MİNNƏTDARLIQ MƏKTUBU5-08-2022, 13:51 |
|
Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanı yenidən xaosa sürükləmək üçün hər gün bir yeni məkrli plan cızılır. Məqsəd isə regionun lider dövlətini kimlərinsə əlaltısına çevirmək, öz siyasi iradələrini diqtə etdirməkdir. Belə gərgin situasiyada sabitliyin qorunub saxlanılmasında polis orqanlarının rolu misilsizdir. Azərbaycan polisi xalqa, dövlətə olan sədaqətini canı, qanı bahasına dəfələrlə sübut edib. Cinayətkarlığa qarşı aparılan operaiv mübarizə nəticəsində ölkədə krminogen durum daima nəzarət altında saxlanılır. Vətənimizə uzanan xain əllərin məkrli planları ustalıqla puç edilir.
Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycan polisi şərəfli xidmət yolu keçir. İşğaldan azad olunan torpaqlarda polis əməkdaşlarının fədakarlığı nəticəsində təxribatların qarşısı alınır, əmin-amanlıq təmin olunur. Mübaliğəsiz demək olar ki, Azərbaycan polis sistemi öz peşəkarlıq səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət apara bilər. V.Eyvazovun yüksək idarəçilik qabiliyyəti nəticəsində polis sisteminə qəbul olunan əməkdaşların peşəkarlığı, dövlətə sədaqəti ön plana çəkilir ki, bu da nəticədə uğurlu fəaliyyətə təminat verir. Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanları ölkəmizdə sabitliyin, insan və vətəndaş azadlıqlarının təmin olunmasında misilsiz xidmətlər göstərirlər. V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi,cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. Başda cənab nazir Vilayət Eyvazov olmaqla, xüsusilə onun göstərişləri əsasında Daxili İşlər nazirinin müavini Seyfulla Əzimovun polisin qüsursuz fəaliyyətində, cinayətkarlığa qarşı amansız mübarizənin təmin olunmasında gördüyü böyük işlər nəticəsində bu gün ölkəmizdə sabitlik təmin olunub, kriminogen vəziyyət tam nəzarət altındadır. Qeyd etdiyimiz kimi polisin operativ, peşəkar fəaliyyəti ölkədə cinayətkarlığın azalmasına, kriminogen durumun sabitləşməsinə səbəb olub. Edilən müraciətlərə verilən çevik reaksiya nəticəsində bütün sahələrdə vətəndaş məmuniyyəti təmin olunub. Bir neçə gün öncə cənab nazirə ünvanladığım müraciətə göstərilən diqqət, polis əməkdaşlarının çevikliyi nəticəsində qısa müddətdə problemin həll olunması daxili işlər orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Xüsusilə Yasamal rayon polis şöbəsi əməkdaşlarının operativliyini qeyd etmək istəyirəm. Yasamal rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini polis polkovnik-leytnantı Ramin Mustafayevin yüksək peşəkarlığı və əməliyyata qüsursuz rəhbərliyi nəticəsində qısa müddətdə problem həll olundu. Yasamal rayon İstintaq şöbəsinin əməkdaşı Pünhan Əbilovun, 29-cu polis bölməsinin əməkdaşları baş leytnant Fuad Məmmədovun, polis mayoru Ehtiram Hacıyevin, baş leytnant Amil Ömərovun dəqiqliyi, mahir əməliyyatçı olduqlarını xüsusilə qeyd etmək istəyirəm. Məhz onların hadisələri dəqiq analiz etmə qabiliyyəti nəticəsində isti izlərlə problem həll olundu. Etdiyim müraciətə göstərilən yüksək diqqət və polislərimizin peşəkarlığı məni bir daha əmin etdi ki, doğrudan da mənim polisim məni qoruyur. Medya mənsublarına hər zaman yüksək diqqət göstərən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyevin gərgin əməyi nəticəsində son zamanlar nazirliklə medya və ictimaiyyət arasında əlaqələr ən üst səviyyədə təmin olunub. Medyaya xüsusi diqqətlə yanaşmaq, vacib informasiyaları zamanında çatdırmaq bacarığı Elşad müəllimin iş prinsipidir. Bir daha göstərdikləri diqqətə və yüksək peşəkarlığa görə başda cənab nazir Vilayət Eyvazov olmaqla əməyi keçən bütün polislərimizə təşəkkür edirəm. Hər zaman qəhrəman polislərimizin gərgin əməyini təqdir etmiş, işıqlandırmışam. Sirr deyil ki, Azərbaycan polisinə iftira atan, fəaliyyətinə kölgə salmağa çalışan qüvvələr də az deyil. Rubrika.az saytı olaraq daima onlara qarşı çıxmışıq, şərəfli polis orqanlarının fəaliyyətini işıqlandırmışıq. Bundan sonra da jurnalist fəaliyyətimin əsas qayəsi bu olacaq. Azərbaycan dövlətinin güclənməsində, xalqımızın əmin-amanlığının qorunmasında qəhrəmancasına mücadilə verən polislərimizə fəaliyyətlərində hər zaman uğurlar arzulayıram. Nicat Mahmudov Rubrika.Az Geri qayıt |