Əsas Səhifə > Manşet > Çimərliklə şəhərin mərkəzini səhv salanlara “dur” demək zamanıdır — Fəxriyyə xanım Xələfovaya MÜRACİƏT 

Çimərliklə şəhərin mərkəzini səhv salanlara “dur” demək zamanıdır — Fəxriyyə xanım Xələfovaya MÜRACİƏT 


6-08-2022, 21:45
Çimərliklə şəhərin mərkəzini səhv salanlara “dur” demək zamanıdır — Fəxriyyə xanım Xələfovaya MÜRACİƏT 

“Gözəllik ondur, doqquzu dondur” deyən dədələrimizi bir anlıq Bakının mərkəzinə gətirsən rəhmətliklər yəqin ki, dediklərinə peşiman olarlar. Çünki indiki gənc qızlarımızın gözəlliyinin nəinki doqquzu, heç biri də don deyil. Paytaxtımızda yayın bu qızmar günlərində tam bir geyim faciəsi yaşanır. Daha doğrusu ortada geyim yoxdur, sadəcə Həvva nənəmiz əncir yarpağından istifadə etdiyi kimi müasir gözəlçələr də yarpağabənzər müxtəlif əski-üsküdən istifadə edirlər. Rəhmətlik Səyavuş Aslan demişkən şəhərin mərkəzində “lülülüt” gəzən, danışanda özünü Nigarın nəvələri adlandıran bu “Niquş”lar üçün heç bir milli-mənəvi dəyər qalmayıb. Dünyada geyinmək moda hesab olunursa bizdə artıq soyunmaq dəbdədir. Geyindiyi dar paltardan pırtlayıb çıxan qarnının ikrah doğurduğunun fərqinə varmayan bu müasir gözəlçələri evdən bayıra buraxanda da bir soruşan olmurmu ki, “ay bala, əyninə paltar geyin sonra get”. Bax belə yerdə o meyxana yadıma düşdü-“ay səni bayıra buraxanın...”  
Düzdür, geyim hər kəsin zövqüdür, amma soyunmaq zövq ola bilməz. Bu artıq əxlaqın deqredasiyasıdır. Bu barədə ictimai qınaq formalaşmalıdır. Efirlərdən əxlaq dərsi keçənlər bu barədə də danışsalar yaxşı olar. Tanınmış modelyerlər, o cümlədən xətrini əziz tutduğumuz Fəxriyyə xanım Xələfova başda olmaqla aidiyyatı qrumlar məsələyə müdaxilə etməlidirlər. Çimərliklə şəhərin mərkəzini səhv salanlara “dur” demək zamanıdır. 

P.S. Çimərlik demişkən, bu niquşlar görəsən çimərlikdə nə geyinirlər?

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt