Əsas Səhifə > Cəmiyyət > Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı yeni detallar
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı yeni detallar10-08-2022, 09:21 |
|
Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub. Rubrika.Az bildirir ki, oxu.az-a danışan hadisə şahidləri iddia edirlər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub. Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir. Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. 300-dən çox sakin yanan binadan təxliyə edilib. Rubrika.Az Geri qayıt |