Əsas Səhifə > İdman > “Qarabağ”ın pley-off oyunlarının təqvimi açıqlandı
“Qarabağ”ın pley-off oyunlarının təqvimi açıqlandı10-08-2022, 12:40 |
|
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb. Rubrika.Az xəbər verir ki, “köhlən atlar” ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Rubrika.Az Geri qayıt |