Əsas Səhifə > Dünya > Türkiyə ilə Ermənistan arasında 5-ci görüşün tarixi AÇIQLANDI
Türkiyə ilə Ermənistan arasında 5-ci görüşün tarixi AÇIQLANDI11-08-2022, 14:36 |
|
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində 5-ci görüşün sentyabr ayında keçiriləcəyi açıqlanıb. “Proses kövrəkdir, biz davamlı sülhü təmin etməliyik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib. Qeyd edilib ki, görüş düşmənlərin iclası deyil, ona görə də 3-cü ölkədə keçirilməyəcək. İki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və qarşılıqlı uçuşlar fevral ayından başlayıb. Xüsusi Nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib. Dördüncü iclas iyulun 1-də Vyanada baş tutub. Görüşdə Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri - Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak ediblər. RUBRİKA.AZ Geri qayıt |