Əsas Səhifə > İdman > İslamiada: Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub - YENİLƏNİB
İslamiada: Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub - YENİLƏNİB15-08-2022, 08:21 |
|
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək. İslam Həmrəyliyi Oyunları Bürünc medallar uğrunda görüş 15 avqust (Kişilər) 11:00. Türkiyə - Azərbaycan (Qadınlar) 14:00. Azərbaycan - Kamerun 00:16 Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib. “Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib. Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək. Rubrika.Az Geri qayıt |