Əsas Səhifə > RubrikaTV Video > FHN Qəbələdə baş vermis yanğınla bağlı son məlumatları AÇIQLADI – YENİLƏNİB + FOTO/VİDEO
FHN Qəbələdə baş vermis yanğınla bağlı son məlumatları AÇIQLADI – YENİLƏNİB + FOTO/VİDEO15-08-2022, 22:58 |
|
Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır. Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir. Əlavə məlumat veriləcək. Rubrika.Az Geri qayıt |