Əsas Səhifə > Cəmiyyət > Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğının səbəbi bəlli oldu

Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğının səbəbi bəlli oldu


16-08-2022, 09:19
Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğının səbəbi bəlli oldu

Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.
Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb.
Hadisə zamanı xəsarət alan olmayıb.

Rubrika.az
Geri qayıt