Əsas Səhifə > Səhiyyə > Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb
Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb16-08-2022, 10:26 |
|
Yay mövsümü başlayandan Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub. RUBRİKA.AZ Geri qayıt |