Əsas Səhifə > Dünya > Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb17-08-2022, 10:58 |
|
"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 100 hərbçisi məhv edilib". RUBRİKA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 886 tank, 4 162 zirehli döyüş maşını, 993 artilleriya sistemi, 263 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopter, 792 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 054 avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib. RUBRİKA.AZ Geri qayıt |