Əsas Səhifə > Dünya > Zelenskinin ofisi: Krım körpüsü məhv edilməlidir
Zelenskinin ofisi: Krım körpüsü məhv edilməlidir17-08-2022, 12:27 |
|
"Krımdakı partlayışlar təkrarlana bilər". “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “The Guardian” nəşrinə müsahibəsində deyib. “Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam”, - o bildirib. Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: “Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir”. Rubrika.Az Geri qayıt |