Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 622 nəfər koronavirusa yoluxub - 2 nəfər ölüb
Azərbaycanda son sutkada 622 nəfər koronavirusa yoluxub - 2 nəfər ölüb23-08-2022, 17:25 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan PİA.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 809 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 640 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 442, bu günə qədər isə ümumilikdə 7 127 158 test icra olunub. RUBRİKA.AZ Geri qayıt |