Əsas Səhifə > Dünya > Əliyev və Tokayev Füzulidə uşaqlar üçün inşa ediləcək mərkəzin layihəsi ilə tanış olublar
Əliyev və Tokayev Füzulidə uşaqlar üçün inşa ediləcək mərkəzin layihəsi ilə tanış olublar24-08-2022, 14:28 |
|
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Rubrika.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi. Rubrika.az Geri qayıt |