Əsas Səhifə > İstisadiyyat > Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı
Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı24-08-2022, 15:12 |
|
Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb. Bu, Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb. Məlumata əsasən Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb. Qərar sentyabrın birindən qüvvəyə minir. Rubrika.Az Geri qayıt |