Əsas Səhifə > Aktual > Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir


29-08-2022, 16:45
Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir

Bəyannaməsi” imzalananda Qazaxıstan Prezidenti N. Nazarbayevdə iştirak etmiş və Bəyannaməni imzalamışdır. İki ölkə arasında vaxtaşırı görüşlər keçirilərək Qazaxıstan neftini və neft məhsullarını və mayeləşdirilmiş qazın Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən tranziti ilə bağlı müzakirələr aparılır. Qazaxıstanın “KazMunayqaz”  milli şirkəti ilə SOKAR arasında neft tədarükü ilə bağlı ilkin danışıqlar aparır. Qazaxıstan Azərbaycanın Bakı-Tibilisi- Ceyhan(BTC) və Bakı- Supsa neft kəmərlərinə qoşulmagı planlaşdırır.

Siyasi baxımdan da eyni mövqe nümayiş etdirir bu iki qaradş dövlət. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qazaxıstan Qarabağ münaqişəsininnin sülh yolu ilə həll edilməsini tövsiyə edir və bunun üçün Azərbaycanla Ermənistan Prezidentlərinin 2004-cü il Astanada görüşünə ev sahibliyi etmişdir.

Beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarda Azərbaycan və Qazaxıstan arsında əlaqələr mövcud olmuşdur.

Qazaxıstanla münasibətlər yüksək səviyyədə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 avqust 2022 ildə geniş tərkibdə Qazaxıstana səfər edərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb. Görüş zamanı hər iki dövlət başçısının siyasi-iqtisadi və sosial mövqelərinin üst- üstə düşdüyünü müşahidə etmək olurdu. Qazaxıstan Respublikasının Prezidenti  Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi  Qazaxıstanın “Altın kran” – “Qızıl qartal” ordeni ilə təltif edib.

İnanırıq ki, bu münasibətlər daha da yüksələn xətlə davam edəcək. Axı bunun nəyi pisdir? Bütün xalqlar sülh və tərəfdaşlıq şəraitində yaşaya bilər. Milli gəliri hərbi sənayeyə deyil, iqtisdiyyata yönəldilərsə dünyada aclıq və səfaləti xoşbəxtlik əvəz edər. Xoşbəxtlik hər kəsin haqqı deyilmi?

Samirə Şıxalıyeva,
M. Nəcəfov adına 86 saylı məktəbin tarix müəllimi


Geri qayıt